Qaxda da meşə yanğını baş verdi

27 Avqust, 2019 20:31 | Sosial | Baxış sayı: 24

Əraziyə 3 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib

Qax rayonunda meşə zolağında yanğın bas verib.

İstiPress-in məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Süskənd və Fısdıqlı kəndlərinin yaxınlığında, həmin kəndlərə gedən yolun ətrafında baş verib.

Əraziyə Qax rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində meşəlik zolağında quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb.

Yarım hektar ərazini əhatə edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 400 hektara yaxın meşə zolağı yanğından mühafizə olunub.