Leysan və külək bu rayona ziyan vurdu

27 Avqust, 2019 08:33 | Sosial | Baxış sayı: 106
Yağışlı hava
Yağışlı hava

Damlar dağılıb, elektrik kəsilib

Ötən gün axşam saatlarından başlayan güclü külək və leysan Daşkəsən rayonuna ziyan vurub. Qeyri-sabit hava şəraitinə görə, elektrik enerjisinin verilməsi dayanıb.

Leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Rayon ərazisində kəskin hava şəraiti gecə ərzində də davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti leysan barədə xəbərdarlıq yaymışdı. Nazirliyin məlumatına görə, bu gün əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.