Bakı sakini Nabranda batdı

27 Avqust, 2019 19:24 | Sosial | Baxış sayı: 140
suda boğulma
suda boğulma

Dənizdə çimən başqa bir nəfər isə xilas edilib

Xəzər dənizinin Xaçmaz rayonunun Nabran kəndi ərazisində çimən Bakı sakini suda boğulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, 68 yaşlı Səfər Quliyev "Xəzər" istirahət mərkəzinin qarşısında çimərkən batıb. Onu FHN-nin xilasediciləri sudan çıxarsalar da xilas etmək mümkün olmayıb. Dənizdə çimən başqa bir nəfər isə xilas edilib.

Suda boğulan Səfər Quliyev əslən Xaçmazın Xanoba kəndindən olub, Bakıda yaşayırmış. Xaçmaz rayon prokurorluğu araşdırmaya başlayıb.