Ana üç uşağı ilə birgə itkin düşdü - FOTO

27 Avqust, 2019 16:57 | Sosial | Baxış sayı: 165
İtkin qadın
İtkin qadın

Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don olub

Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı bu il iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Gülnar Həmzəliyevanın boyu 155 sm-dir. O, yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, qəhvəyi gözlüdür. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.