Yaralılar barədə açıqlama gəldi

27 Avqust, 2017 13:45 | Sosial | Baxış sayı: 802

Xəsarətlərin hamısı qəlpə yaraları ilə bağlıdır

N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində 6 nəfər yaralanıb. Bu barədə İstiPress-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarətlərin hamısı qəlpə yaraları ilə bağlıdır: "Yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür. Yaralılara tibbi yardım göstərilməsinə başlanılıb".

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.