Emin Əmrullayev Təhsil naziri təyin edilib.
İstiPress-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
E.Əmrullayev Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.