Bəhram Bağırzadə evə buraxıldı - FOTO

27 İyul, 2020 18:29 | Sosial | Baxış sayı: 120

Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Mərkəzi Gömrük Hospitalından bildiriblər.

“Bəhram Bağırzadənin vəziyyəti stabildir. Xəstə aktivdir, şikayəti yoxdur. Bu gün Mərkəzi Gömrük Hospitalının həkimlərinin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb”,- deyə Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayıb.