Bakıda polis bu əməlinə görə sərnişini avtobusdan düşürdü VİDEO

27 İyul, 2017 13:45 | Sosial | Baxış sayı: 382
Bakubus
Bakubus

Sərnişin avtobusun işini pozdu

Bakıda velosipedini avtobusa mindirən sərnişin "BakuBus"un işini ləngitdi. Qurumdan İstiPress-ə verilən məlumata görə, iyulun 20-si saat 22 radələrində “BakuBus”a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb.

Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamğa davam edib və təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.

Sərnişinlərlə dolu avtobusun hərəkətininə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Ancaq, hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib.