Sabah 35 dərəcə isti olacaq

27 İyun, 2020 14:21 | Sosial | Baxış sayı: 47
Yay havası
Yay havası

Sabaha olan hava proqnozu açıqlanıb.

İstiPress-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 28 iyunda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.   

Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.  

28 iyunda Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli  olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. 

Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə  isti olacaq.