Ermənistanda daha 662 nəfər koronavirusa yoluxdu

27 İyun, 2020 12:57 | Sosial | Baxış sayı: 32
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır

Ermənistanda son sutka ərzində daha 662 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb.

İstiPress-in məlumatına görə, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla Ermənistanda infeksiyaya yoluxanların sayı 23 909 nəfərə çatıb.

Virusa yoluxma nəticəsində ölənlərin sayı daha 10 nəfər artaraq 421 nəfər olub.

İndiyədək 12 911 xəstə sağalıb. Hazırda Ermənistanda 10 445 aktiv koronavirus xəstəsi var.