“Bakı Metropoliteni”nində ürək tutmaları - daha bir vəzifəli şəxsi vəfat etdi

27 İyun, 2020 11:13 | Sosial | Baxış sayı: 141
Metro karantin dövrü
Metro karantin dövrü

"Bakı Metropoliteni" QSC-nin “Xalqlar Dostluğu” stansiyasının rəisi İlqar Əliyev vəfat edib. 

İstiPress-in məlumatına görə, bununla bağlı xəbəri qurumun mətbuat katibi Bəxtiyar Məmmədov təsdiq edib. 

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, bir qədər əvvəl Bakı metrosunun Hərəkət xidmətinin rəisi Etibar İsayev də ürək tutmasından vəfat etmişdi.