ABŞ-da daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişdi

27 İyun, 2020 13:56 | Sosial | Baxış sayı: 76
Koronavirus
Koronavirus

ABŞ-ın Nyu-York şəhərində koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Hüseynov Sakit Hüseyn oğlu vəfat edib.

İstiPress-in məlumatına görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün yatdığı xəstəxanada dünyasını dəyişib.

Onu birlikdə yaşadığı ailəsinin razılığı ilə koronavirusdan dünyasını dəyişənlər üçün nəzərdə tutulmuş qaydada Nyu-Yorkda dəfn ediblər.