Azərbaycanda uşaqlar benzin və sirkə içib zəhərləndilər

27 İyun, 2018 16:58 | Sosial | Baxış sayı: 91
Təcili yardım maşını
Təcili yardım maşını

Göyçay rayonunda zəhərlənmə hadisələri baş verib.

İstiPress-in məlumatına görə, rayonun Mırtı kənd sakini, 2009-cu il təvəllüdlü Süleymanov Murad Elnur oğlu yaşadığı evdə qabdakı benzini içərək zəhərlənib.

Mırtı kəndinin daha bir sakini, 2009-cu il təvəllüdlü Abdurrəhmanlı Kəmalə Razi qızı isə şüşə qabdakı sirkə turşusunu içərək zəhərlənib.