Ermənistan koronavirus epidemiyasının ikinci dalğasını yaşayır

27 May, 2020 10:58 | Sosial | Baxış sayı: 26
Koronavirus Ermənistanda
Koronavirus Ermənistanda

Son iki gündə 10-a yaxın ölüm olub

Ermənistan yeni növ koronavirus pandemiyasının ikinci dalğasını yaşayır və ölkədə epidemioloji vəziyyət çətin olaraq qalır.

İstiPress-in məlumatına görə, bu barədə brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan deyib: "Ölkədəki pandemiya ilə bağlı vəziyyət olduqca çətindir, hamımız razılaşdıq ki, bu anda ölkədə koronavirusun yayılmasının ikinci dalğası ilə üzləşirik".

Son günlər Ermənistanda yeni növ koronavirus ilə yüksək yoluxma tempi müşahidə olunur. Təkcə son iki gündə 700-dən çox ölkə vətəndaşı virusa yoluxub, 10-a yaxın ölüm var.