Azərbaycanda zəlzələ oldu

27 May, 2020 12:57 | Sosial | Baxış sayı: 126
Lənkəran şəhəri
Lənkəran şəhəri

Sosial şəbəkə istifadəçiləri məlumat verib

Lənkəran şəhərində zəlzələ olub.

İstiPress-in məlumatına görə, bu barədə Lənkəranda olan sosial şəbəkə istifadəçiləri məlumat verib.

Zəlzələnin maqnitudası təxminən 3,5 olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 kilometr şimal-qərbdə - Lənkəran ərazisində zəlzələ qeydə alınıb:

"Zəlzələ hiss edilib. Zəlzələ ocağının dərinliyi 10 km, maqnitudası isə 3,5 olub".