Azərbaycanda 250-dən çox insan Həcc üçün müraciət edib

27 May, 2020 11:55 | Sosial | Baxış sayı: 41
Həcc ziyarəti. Arxiv.
Həcc ziyarəti. Arxiv.

Qafqaz Müsəlmanları İdarəsindən açıqlama

Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. 

İstiPress-in məlumatına görə, koronavirus pandemiyasına görə, Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun bərpası Səudiyyə Ərəbistanının qərarından asılıdır. Əgər Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin keçiriləcəyi ilə bağlı qərar versə, Azərbaycanda da sənəd qəbulu davam etdiriləcək, əks halda qəbul dayandırılacaq.

Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş gəlməyib.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Builki qiymət artımı otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır