Sel Azərbaycanın ən qədim şəhərinin yollarını dağıtdı - FOTO

27 May, 2018 16:28 | Sosial | Baxış sayı: 794
Şəki şəhəri - Karvansarayın önü
Şəki şəhəri - Karvansarayın önü

Külək onlarla böyük ağacı kökündən qoparıb yola çırpıb

Dünən gecədən başlayan yağış və sel Azərbaycanın ən qədim şəhəri Şəkiyə ciddi zərər vurub.

İstiPress-in şimal-qərb bürosunun məlumatına görə, sel şəhərin xüsusən yuxarı məhəllərinin yollarını dağıdıb. Dağınğtılar xüsusilə Şəki karvansarayının qarşısından keçən Axundov küçəsində daha çoxdur.

Bu, Azərbaycanın 3 min illik tarixə malik qədim şəhərinə gələn turist avtobusları üçün ciddi problemlər yaradır. Məsələn, günorta saatlarında Axundov prospektində batmış turist avtobusunu çıxarmaq üçün rayonun bir çox idarələri yardım etməli olub. Böyük səylər nəticəsində avtobusu selin asfalt küçədə yaratdığı xəndəkdən çıxarmaq mümkün olub.

Məlumata görə, Şəki bölgəsinə gedən yollarda hərəkəti güclü küləyin törətdiyi fəsadlar da çətinləşdirir. Öu gecə güclü külək İsmayıllı - Qəbələ yolunda onlarla böyük ağacı kökündən qopararaq yola çırpıb. ​