“İçərişəhər”dəki konstruksiyalar birmərtəbəli olacaq

27 Aprel, 2019 13:56 | Sosial | Baxış sayı: 73
Mehriban Əliyeva İçərişəhərdə
Mehriban Əliyeva İçərişəhərdə

Ötən gün əraziyə baxış keçirlən Mehriban Əliyeva buna ciddi nəzarət edilməsini tapşırıb

"Mehriban xanım ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb".

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Birinci vitse-prezident Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu gün İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.

O, baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyib. "İçərişəhər” DTMQ İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək.