Sürücülərin nəzərinə - ən işlək yol bağlanır

27 Aprel, 2018 12:41 | Sosial | Baxış sayı: 160
Xəritə
Xəritə

İki gün bu yoldan keçmək mümkün olmayacaq

“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır. Bakı Nəqliyyat Agnetliyindən İstiPress-ə verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik".