Azərbaycanda uşaq bağçası uçdu - FOTO

27 Aprel, 2018 16:37 | Sosial | Baxış sayı: 151
Uşaq bağçası
Uşaq bağçası

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub. 

İstiPress-in məlumatına görə, bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan  Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.
 
Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.
 
Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. 
 
Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb. /apa