Batareya udan körpə öldü

27 Mart, 2019 20:46 | Sosial | Baxış sayı: 173
Ölmüş körpənin ruhu - KOLLAJ
Ölmüş körpənin ruhu - KOLLAJ

Halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.

İstiPress “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.