İranın vitse-prezidenti koronavirusa yoluxdu

27 Fevral, 2020 18:33 | Sosial | Baxış sayı: 129
Məsumə Ebtekar
Məsumə Ebtekar

Ölkədə koronavirusdan ölənlərin sayı 26 nəfərdir

İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb. 

M.Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.