Azərbaycanda 186 nəfərdə koronavirus şübhəsi

27 Fevral, 2020 13:54 | Sosial | Baxış sayı: 176
Xəstəxana
Xəstəxana

Onların hamısı həkim müşahidəsinə alınıb

Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsindədir.

Bundan başqa xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.