Hamının başını ağrıdacaq hava təhlükəsi

27 Fevral, 2019 15:18 | Sosial | Baxış sayı: 163
Geomaqnit qasırğa
Geomaqnit qasırğa

Təbiət hadisəsi martın 2-dək davam edəcək

Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. 

İstiPress-in məlumatına görə, təbiət hadisəsi martın 2-dək davam edəcək.

Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər.