Bakıda sərnişin avtobus sürücüsünü döydü - tutuldu

27 Yanvar, 2020 14:57 | Sosial | Baxış sayı: 118
Bakubus
Bakubus

Təpiklə vuraraq avtobusun şüşəsini sındırıb

“Bakı Bus”un sərnişini avtobusa hücum edib.

İstiPress-in məlumatına görə, Badamdar qəsəbəsində naməlum sərnişin “Bakı Bus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb.

Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.

Hadisəni törədən şəxs saxlanılıb.