Prezident və xanımı parka getdi

26 Dekabr, 2018 13:36 | Sosial | Baxış sayı: 49
Prezident İlham Əliyev və Mehriban Əliyeva
Prezident İlham Əliyev və Mehriban Əliyeva

Onlar Yasamaldakı parkda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

İstirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib.

Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.