Nazir Bakı sirkinin yerindən narazıdır

26 Dekabr, 2018 13:01 | Sosial | Baxış sayı: 46
Sirk
Sirk

"Yerin dəyişdirilmə vaxtı çatıb"

"Bir neçə böyük mədəniyyət müəssisəsinin əsaslı təmir və bərpası üçün layihələr hazırlanıb. Gələn il İrəvan Dövlət Dram Teatrının yeni binası istifadəyə veriləcək". Bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verib. 

"Dövlət büdcəsində imkanlar olduğu zaman bu layihələrin həyata keçirilməsinə nail olacağıq". 

Ə.Qarayev sirkin də yerindən narazıdır. O, qeyd edib ki, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb.