Avtovağzal bayrama görə iş qrafiki dəyişdi

26 Dekabr, 2017 10:59 | Sosial | Baxış sayı: 57
Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi

16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Avtovağzaldan İstiPress-ə verilən məlumata görə, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Bu tədbirlər bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bildirilir ki, biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün 012 406 01 58 (59) nömrələrinə müraciət etmək olar.