Bakı-Tbilisi qatarında yenilik

26 Oktyabr, 2019 14:30 | Sosial | Baxış sayı: 84
Yeni qatar
Yeni qatar

Sürət saatda 100 kilometrdən 160 kilometrə kimi artır

Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş “Prima M4” sərnişin lokomotivi ilə yola salınıb. Fransanın “Alstom” şirkətinin istehsalı “Prima M4”ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismarına şərait yaradır. 

Köhnə lokomotivlərlə müqayisədə “Prima M4”ün maksimal sürət həddi saatda 100 kilometrdən saatda 160 kilometrə kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb.

Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC ilə “Alstom” şirkəti arasında 2014-cü il mayın 12-də imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd “Prima M4” (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.