"Zaryadka" və "adapter"in Azərbaycanca mənası tapıldı

26 Oktyabr, 2017 14:40 | Sosial | Baxış sayı: 861
Lüğət oxuyan qız
Lüğət oxuyan qız

Terminalaogiya Komissiyası yeni sözləri təsdiqlədi

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. İStiPress-sin məluma tına görə, bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompüter “mouse”nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.