Bu məktəblərdə işləmək istəyən müəllimlərin vaxtı bitdi

26 Sentyabr, 2019 09:00 | Sosial | Baxış sayı: 595
Müəllim
Müəllim

Müsahibə bu gündən başlayır

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb. Bu barədə məlumat Təhsil Nazirliyindən verilib. 

Namizədlər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibələrin sentyabrın 26-dan 30-dək təşkili nəzərdə tutulur.

Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.