Qubanın məşhur qəzalı məktəbi hələ də təmir edilmir

26 Sentyabr, 2017 16:45 | Sosial | Baxış sayı: 145
Zərqava
Zərqava

İşlərin ayın sonuna qədər tamamlanacağı deyilir

Qubanın Zərqava kəndində yeni dərs ili başlayandan yenə də köhnə, qəzalı klub binasında dərs keçirlər. Baxmayaraq ki, sentybrın 18-ə imkan daxilində hazır olacağı bildirilmişdi.

Qeyd edək ki, başıbəlalı məktəbin bərpası son aylar kənd sakinlərinin, valideyn və müəllimlərin qüvvəsilə aparılır. Valideynlər bildirirlər ki, klub binasının vəziyyəti çox acınaqlıdır, burada hər an çökmə, sürüşmə baş verə, faciə qeydə alına bilər. O zaman kim məsiliyyət daşıyacaq? - söyləyən Zərqava sakinləri çıxılmaz vəziyyətə düşüblər.

Məsələ ilə bağlı Quba icra başçısının kənddəki nümayəndəsi Fərman Tahirovla əlaqə saxlamaq mümkün olmasa da öyrəndik ki, məktəbin 1-ci mərtəbəsində işlərin ayın sonunda tamamlanması nəzərdə tutulub. Ayın sonuna isə cəmi 5 gün qalıb.

Bərpasına 570 min manat vəsait ayrılan Zərqava kənd məktəbinin yarımçıq qalmış real vəziyyəti valideynləri, müəllim-şagird kollektivini çox narahat edir.

Aytəkin Alxaslı/İstiPress-in şimal bürosu