Sumqayıtda məşhur şadlıq sarayı yandı

26 Avqust, 2019 10:41 | Sosial | Baxış sayı: 66
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

Sumqayıt şəhərində "Nur” şadlıq sarayında yanğın baş verib. 

İstiPress-in məlumatına görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
Xəsarət alan olmayıb.