Bakıda uşaq bağçası yandı

26 Avqust, 2019 09:54 | Sosial | Baxış sayı: 56

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.

İstiPress-in məlumatına görə, yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.

Belə ki, bağçanın həyətindəki ağaclardan bəziləri alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğını nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

Hadisə nəticəsində bağçanın binası və ətrafda olan obyektlər zərər görməyib.