Yas mərasimlərində israfçılığa son qoyulur

26 Avqust, 2017 10:50 | Sosial | Baxış sayı: 372

Yalnız çay və halva veriləcək

Gəncədə yas mərasimlərində çox çeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub.

İstiPress xezerxeber.az-a istinadən xəbər verir ki, bu təklif şəhər fəallarıının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb.

Yas mərasimlərində din xadimləri də insanlara israfçılığın dinimizə görə haram olmasını, bir çox başqa xoş əməllərin də ehsan kimi qəbul olunduğunu izah edirlər.

Elə şəhər sakinləri də bu addımın yerində atıldığını və hər kəs tərəfindən anlayışla, rəğbətlə qarşılandığını deyirlər.

Bundan sonra Gəncədə yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta ətraf rayonların sakinləri də bu təşəbbüsü dəstəkləyib və rəğbətlə qarşılayıblar. Gözlənilir ki, bu, digər rayon və şəhərlərdə də tətbiq edilsin.