Çirkin müəllimələr məktəbə buraxılmayacaq

26 Avqust, 2017 09:43 | Sosial | Baxış sayı: 278
Müəllim
Müəllim

Qadağa İranda qoyulub

İranda Təhsil nazirliyi xəstə və fiziki cəhətdən qüsurlu müəllimlərin məktəbə buraxılmamasını əks etdirən qərar qəbul edib. 

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, çəpğözlülük, üzdə tüklərin çox olması, civzələrin və yaraların olması, çapıq yerləri və digər bu kimi zahiri görünüşə xələl gətirən cizgilərə malik pedaqoqlar məktəbə buraxılmayacaq.

Bununla yanaşı, siyahida göbələk xəstəliyi, qadın sonsuzluğu, piylənmə və digərləri də var.

Yerli fəallar bunu etirazla qarşılayır. Onların fikrincə, bu, insan hüquqlarının kobud surətdə pozulmasıdır.