Boşanma qadağan edildi - RƏSMİ

26 Avqust, 2017 11:36 | Sosial | Baxış sayı: 789
Çeçen toyu
Çeçen toyu

Çeçenistanda boşanan cütlüklərə yenidən birləşmək tələbi qoyulub

Çeçenistan prezidenti Ramzan Kadırov ölkədə boşanmanı qadağan edib. Yeni qərara əsasən, boşanan cütlüklər də yenidən birləşməlidir. 

Prezident ölkə icması və ağsaqqallar şurasına buna nəzarət mexanizmini gücləndirmək tapşırığı verib.

Qərarın verilməsində əsas məqsəd uşaqlı ailələrdə birliyi bərpa etmək və möhkəmləndirməkdir.