DSX: İran gəmisi batdı, heyət üzvləri xilas edildi

26 İyul, 2019 16:44 | Sosial | Baxış sayı: 94
DSX-nın dəniz nəzarəti gəmisi
DSX-nın dəniz nəzarəti gəmisi

Saat 16:22-də gəmi batdı

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb.  

İstiPress-ə DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. 

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. 

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb. 

15:54

Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

İstiPress-ə bu barədə Dövlət Dəniz Agentliyindən bildirilib.

Qeyd edilib ki, qərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.