Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi

26 İyul, 2017 17:27 | Sosial | Baxış sayı: 371
Dönər
Dönər

Zəhərlənə bilərsiniz!

İsti yay aylarında qida zəhərlənməsi hallarının artdığını deyən mütəxəssislər küçədə satılan qidaları almamağı məsləhət görüb.

Qida Təhlükəsizliyi üzrə mütəxəssis Şehmus Alparslan istilərin artması ilə xüsusilə, protein tərkibli qidalarda mikroorqanizmlərin daha sürətlə inkişaf etdiyini və zəhərlənmələrə səbəb olduğunu vurğulayıb. Bazarlarda meyvə və tərəvəz xaricində açıqda satılan, təmizlənməsi mümkün olmayan yuxa, yumurta, pendir, ədviyyat növlərinin istifadə edilməməsinə diqqət çəkib.

Mütəxəssis çöldə satılan un məmulatları, şirniyyat kimi qidaların ciddi problem yaratdığını ifadə edərək, hər mövsüm sevilərək yeyilən toyuq dönərinin də xüsusilə, yay aylarında yüksək risk daşıdığını qeyd edib.//Metbuat.az