Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat edib - FOTO

26 İyun, 2020 17:36 | Sosial | Baxış sayı: 156
Koronavirus
Koronavirus

Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.

İstiPress-in məlumatına görə, o, 72 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 

Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  

Allah rəhmət eləsin!