Ermənistanda yeni koronavirus “rekordu”

26 İyun, 2020 15:27 | Sosial | Baxış sayı: 85
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır

Ermənistanda “COVID-19” virusuna yoluxanların sayında növbəti rekord göstərici qeydə alınıb. Belə ki, son 24 saat ərzində Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi bildirib.

Bildirilir ki, ölkədə koronavirus xəstələrinin sayı 23 min 247 nəfərə yüksəlib. Son sutka ərzində daha 13 nəfər pandemiyanın qurbanı olub. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 410 nəfərə çatıb.