Ermənistanda ağır koronavirus xəstələrinin rekord artımı

26 May, 2020 13:59 | Sosial | Baxış sayı: 47
Koronavirus Ermənistanda
Koronavirus Ermənistanda

230-nun vəziyyətinin ağır olduğunu bildirmişdi

Ermənistanda koronavirusa yoluxmuş 200-dən çox pasiyent ağır vəziyyətdədir.

İstiPress-in məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan özünün “Facebook”dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, xəstəxanalarda müalicə edilən 250 COVID-19 xəstəsi ağır vəziyyətdədir. Nazir bildirib ki, 48 pasiyentin vəziyyəti son dərəcə ağırdır. Virusa yoluxmuş daha 16 xəstə süni nəfəs aparatına qoşulub.

Nazir daha əvvəl koronavirusa yoluxmuş xəstələrdən 230-nun vəziyyətinin ağır olduğunu bildirmişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.