Təyyarə qəzası, ölənlər var

26 May, 2019 17:48 | Sosial | Baxış sayı: 117

Yüngül mühərrikli təyyarə olub

Bolqarıstanda təyyarə qəzası baş verib.

IstiPress bu barədə NOVA TV-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə İxtiman şəhərində qeydə alınıb. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Ölənlərin sərnişin və heyət üzvü olduğu bildirilir.

Hadisə yerinə təcili xidmətlərin əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbi araşdırılır.