Şimalda dəhşətli külək - son vəziyyət

26 May, 2019 11:44 | Sosial | Baxış sayı: 385
Qusarda küləyin uçurduğu məktəb damı
Qusarda küləyin uçurduğu məktəb damı

Ağaclar yıxılıb, damlar uçub

Güclü külək nəticəsində Qusarda elektrik təsərrüfatına dəyən ziyan aradan qaldırılır.

İstiPress-in şimal bürosunun məlumatına görə, gecə 23  radələrində Qusar şəhərinə, səhər saat 9-dək isə rayonun əksər kəndlərinə işığın verilməsi bərpa olunub.

Məlumatı verən Qusar FHK sədri Şahid Fərəməzov bildirib ki, hazırda 15 kənddə enerji yoxdu, bu kəndlərə də də elektrikin bərpa olunması istiqamətində işlər davam etdirilir, Azərişıqdan əlavə işçi qüvvəsi gəlib. Komissiya sədri küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlərin gün ərzində davam etdiriləcəyini deyib.

Qeyd edək ki, mayın 25-i axşam saatlarında şimal bölgəsinin Qusar və Quba rayonlarında güclü külək olub və rayonlarda  xeyli ziyan qeydə alınıb. Qusar İH  başçısının 1-ci müavini, rayon FHK sədri Şahid Fərəməzov məlumat verib ki, əvvəlcə qısa müddətli yağışla müşahidə olunan hava qəfil güclü küləklə əvəz olunub.

Şahdağ istiqamətindən gələn qasırğa rayonda külli miqdarda ziyana gətirib çıxarıb. Ən çox ziyan enerji təsərrüfatına dəyib. Axşam saat 18-30-dan başlayaraq  elektrik avadanlıqlarına dəyən ziyan nəticəsində rayonun 70 faizi - Qusar şəhəri də daxil olmaqla 65-ə yaxın kəndi işıqsız qalıb. Qusar şəhərindəki 2 saylı orta və Yasab kənd orta məktəblərinin dam örtüyü uçub. Qusar şəhərində və Kuzun,Aladaş kəndlərindəbir neçə evin dam örtüyü tam və bəzi evlərdə bir hissəsini də külək uçurub. Qusar şəhərində və bir neçə kənd yollarında külək ağacları kökündən çıxarıb, yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb, bəzi ağacların budaqları qırılıb yollara düşüb. Rayonun qaz təsərrüfatında da küləyin fəsadları qeydə alınıb.

Şahid Fərəməzov bildirib ki, dərhal FHK üzvləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlayıb. Qırılmış ağac və hissələri yollardan yığışdırılıb, uçan damların qırıntıları da yerdən təmizlənib.

Qusar FHK sədri Şahid Fərəməzov qeyd edib ki, Qusar şəhərundə sakun İlham Şalbuzova məxsus "Nissan Tiana" avtomobilinin üzərinə ağac düşüb, avtomaşın yararsız hala düşüb. Güclü küləyin Qusar rayonuna vurduğu ziyanın həcmi bu gün də araşdırılacaq, tam dəqiqləşdirmə aparılacaq və  yerlərdə ziyan nöqtələrinə baxış keçiriləcək.

Qusardan başlayan küləyin dalğası qonşu Quba rayonuna da çatıb. Quba İH başçısının 1-ci müavini, rayon FHK sədri Allahverdi Xudaverdiyev məlumat verib ki, Quba şəhərində 3 qeyri-yaşayış binasının və evin, Alpan kəndində 2 evin dam örtüyünü külək aparıb. Rayonun enerji təsərrüfatına ziyan verən külək Quba şəhərində bir neçə yerdə ağacları aşırıb, 1 avtomaşının üzərinə qırılmış ağac düşüb. Allahverdi Xudaverdiyev dəyən ziyanın dəqiqləşdirilməsinə başlanıldığını bildirib.

Qubada küləyin yaratdığı fəsad
Qubada küləyin yaratdığı fəsad