Rayon mərkəzi xəstəxanasına enerji verilməsi bərpa edildi

26 May, 2019 15:20 | Sosial | Baxış sayı: 231
Elektrik şəbəkəsi
Elektrik şəbəkəsi

Elektrik təsərrüfatına dəyən ziyan aradan tam qaldırılmayıb

Qusar mərkəzi xəstəxanasından İstiPress-in şimal bürosuna verilən məlumata görə, saat 15:05-də xəstəxananın enerji ilə təminatı bərpa edilib. 

13:40

Ölkənin şimalında baş verən külək nəticəsində Quba və Qusar rayonunun elektrik təsərrüfatına dəyən ziyan  aradan tam qaldırılmayıb.

İstiPress-in şimal bürosunun Qusar şəhər sakinlərindən aldığı məlumata görə, rayon mərkəzi xəstəxanasında artıq 20 saatdan çoxdur enerji yoxdur.

Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalov tibb müəssisəsində gecə saatlarından işıq olmadığını təsdiqləyib. Amma baş həkim bildirib ki, generatorlardan istifadə edildiyindən xəstəxanafa heç bir kritik vəziyyət yaranmayıb, generator sistemi normal və işlək vəziyyətdədir. Külək işıqları söndürən kimi, generatorlar avtomatik işə düşüb və hər hansı problem yaşanmayıb.

Qusarda enerjinin tam bərpa olunması üçün "Azərişığ"ın rayon şöbəsinin qəza briqadası əlavə işçi qüvvəsilə işləri davam etdirir.

Quba FHK sədri Allahverdi Xudaverdiyev məlumat verib ki, rayonda yalnız Quba-Aşağı Atuc -Vladimirovka xətti bərpa olunmayıb, digər yerlərə enerji verilib. Həmin xəttin bərpadı üçün də işlər görülür.