Bakıda mənzildən kişi meyiti tapıldı

26 May, 2019 12:23 | Sosial | Baxış sayı: 60
Meyit
Meyit

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidməti cəlb olunub

Paytaxtda mənzildən meyit tapılıb.

İstiPress Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.