Bakı sakini itkin düşdü

26 May, 2019 13:59 | Sosial | Baxış sayı: 41

Evdən çıxıb və bir daha geri qayıtmayıb

Bakıda 42 yaşlı kişi itkin düşüb.

İstiPress-in məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Qəsəbənin A.Zeynallı küçəsi, ev 31-də yaşayan 1977-ci il təvəllüdlü Babayev Sabir Anatolyeviç mayın 23-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.