Müəllimlərin maaşları artırılacaq

26 May, 2018 13:45 | Sosial | Baxış sayı: 2610
Müəllimlərin imtahanı (Arxiv)
Müəllimlərin imtahanı (Arxiv)

Dərs yükündə də artım olacaq

"Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək". 

Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib.

Onun sözlərinə görə,  nəticələrə əsasən müəllimlərin dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək.

Bu qiymətləndirməyə ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər də qatılır. 

Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirməyə start verilib. Qiymətləndirmə iyunun 2-dək davam edəcək. Qiymətləndirmədə 20 minə yaxın müəllim iştirak edəcək.