20 min müəllimin işi həll edilir

26 May, 2018 09:06 | Sosial | Baxış sayı: 262
İmtahan verən müəllimlər
İmtahan verən müəllimlər

Diaqnostik qiymətləndirilmə iyunun 2-dək davam edəcək

Bu gündən  iş axtaran müəllimlərin gözlədiyi gün başlayır. Təhsil Nazirliyindən İstiPress-ə verilən məlumata görə, mayın 26-dan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmə iyunun 2-dək davam edəcək. 

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat istifadəçilərin şəxsi səhifələrinə göndəriləcək.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək.