Metronun bu stansiyasının tavanından su sızır

26 Aprel, 2019 20:01 | Sosial | Baxış sayı: 119
Bakı metrosu
Bakı metrosu

Səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır

Bakıda metronun “Həzi Aslanov” stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb.

İstiPress-in "Trend"ə istinadən məlumatına görə, stansiyanın giriş hissəsindəki tunelin tavanından su axıb.

Məsələ ilə bağlı sayta açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: “Hadisə ilə bağlı dərhal “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. “Azərsu” əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır”.

B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: “Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur”.